Salamun aleykum va rahmətullah İslammaarifinde.com saytından oxuduğum və bu günki cavanların mübtəla olduğu istimna barədə sizi məlumatlandırmaq istəyirəm və bunu paylaşmanızı rica edirəm
Bismillahir-rəhmanir-rəhim
Onanizmin fəsadları Cəmiyyətimizdə bir çox gənclərin düçar olduğu sözügedən bu günah, gənclərimizi cismi və ruhi çirkablığa doğru sürükləyir. Bu günahın cismi və ruhi zərərlərindən agah olmayan indiki gəncliyimiz, necə xilas ola bilərlər bu girdabdan? Biz bu yazımızda ononizm adətinin həm tibbi baxımdan olan zərərlərindən, həm ictimai fəsadlarından, həm də Quran və hədislərdə bu barədə olan söhbətlərdən bəhs edəcəyik. Təəssüflər olsun ki, gənclərimizin istimnanın - onanizmin insan orqanizminə olan zərələri barəsində məlumatsızlığı, onların bu çirkin əmələ düçar olmalarının əsas amilidir. Bu mövzuda ilk olaraq ata və analar daha çox məsuliyyət daşıyırlar. İlk növbədə gərək onlar istimnanın cismi və ruhi zərərlərin öyrənələr və övladlarını da bu mövzuda məlumatlandıralar. Sonrakı mərhələdə isə məktəblərimizin üzərinə böyük yük düşür. Məktəblərdə də şagirdlərə ononizmin insan cisminə və ruhuna olan zərələrindən bəhs edən mühazirələrin oxunması vacibdir. İstimnanın Quran və hədis baxımından zərərləri İstimna, əl hərəkətləri ilə spermanın bayıra çıxarılması deməkdir. İmam Sadiq (ə)-dan onanizmin hökmü barədə soruşurlar və o, cavabında belə buyurur: "Böyük günahdır. Allah taala Qurani-Kərimdə bu əməli haram buyurmuşdur. İstimna edən şəxs, elə bil özü ilə nigah bağlayıb və əgər bu işlə məşğul olan bir şəxs tanısam, onunla bir süfrədə oturmaram.” Ravi İmam Sadiqn (ə)-dan soruşur ki, Quranın hansı hissəsində bu barədə hökm verilib, yazılıb. İmam Sadiq (ə) buyurdu: "Hər kəs öz xanımından, kənizindən başqası və ya digər yolla öz şəhvətini təmin edərsə, təcavüzkardır.” Ravi soruşdu, zinanın günahı böyükdür, yoxsa istimnanın? İmam Sadiq (ə) buyurdu: "İstimna böyük günahdır." Başqa bir yerdə İmam Sadiq (ə)-dan istimnanın hökmü barədə soruşurlar və o, cavabında buyurur: "Böyük günahlardır və çox pis adətdir.” Həzrət İmam Sadiq (ə) buyurur: "Üç dəstə insanlarla Allah taala danışmayacaq və onlara rəhmət nəzəri ilə baxmayacaq, onları pak etməyəcək. Onlar üçün ağır əzab var. Bu şəxslər aşağıdakılardır: 1) Ağ saçların təmizləyən şəxs (özünü cavan göstərmək üçün); 2) İstimna edən şəxs; 3) Ləvat edən şəxs (kişilər arasında cinsi əlaqə).” Peyğəmbər (s) buyurur: "Hər kim öz əlləri ilə şəhvətini təmin edərsə, məlundur (Allahın rəhmətindən uzaqdır)." İstimnanın cismi və ruhi zərərləri Bu əməl insanları cinsi zəifliyə düçar edir. Süstlük və halsızlıq gətirir. Ononizm ilk olaraq insanın göz və qulaqlarına öz mənfi təsirini qoyur. Ononizmə aludə olan insanlarda qulaq zəifliyi özünü biruzə verir. Və davamlı olaraq, qulaqlar cingildəyir. Gözlərə vurduğu zərər isə doğurdan da dəhşətlidir. Bu xəstəliyə düçar olanlarda, xüsusən də cismi cəhətədən zəif olan insanlarda, əgər görsələr ki, bir milçək onların gözlərinin qarşısında uçur və onları narahat edir, onlar gözlərini yumsalar da, bu narahatçılıqdan yaxa qurtara bilmirlər. Əgər bu hal bir neçə dəqiqə davam edərsə, gözlərin qarası aradan gedər, insanın başı gicəllənər və yerə yıxılar. Əlbəttə cismi cəhətdən güclü olan insanlar, bu xəstəliyə gec düçar olurlar. Ononizmin bəlalarından biri də, iradəsizlikdir. Belə ki, insan bu əmələ mübtəla olandan sonra, artıq ikinci və üçüncü dəfə bu əmli tərk etmək iradəsində olmur. Ononizmin cismi zərələrindən başqa, cinsi zərərləri də vardır. Belə ki, bu xəstəliyə və ya adətə mübtəla olan insanlarda sperma vəzisi get-gedə balacalaşır və spermanın sıçrayış sürəti azalır. Bu vəzi daha sonrakı mərhələlərdə balacalaşaraq, noxud boyda olur və sperma ifraz etmək xüsusiyyətini itirir. Bu isə o deməkdir ki, insan həm cinsi rabitədən ləzzət apara bilmir, həm də gələcəkdə övlad sahibi ola bilmir. Yavaş-yavaş kişilik xüsusiyyətini itirir. Bəzi həkimlərin açıqlamalarına görə, ononizmə mübtəla olan cavanlarda qısa müddətdən sonra sidik əvəzinə qan gəlir. Bugünkü bəşər deyir ki, yaxşı qidalanın, heç bir işdə həddi aşmayın və güclü olun ki, xəstəliklərə mübtəla olmayasınız. Amma bu xəstəliyə düçar olanlarda yaxşı iştaha olmur və cinsi ehtiyaclarını ödəməkdə həddi aşaraq qeyri-təbii yollardan istifadə edirlər. Nəticədə onlar zəifləyir, xəstəliklər və mikroblar isə onlara tez yoluxur. Tural Həsənli Məlumatdan istifadə etdikdə web səhifəyə istinad etmək vacibdir
|